Hazırda biz Çindən yük axınlarını Mərkəzi Asiya, Azərbaycan və Gürcüstana istiqamətləndirmək üçün azərbaycanlılarla danışıqlar aparırıq. Bu logistika işə düşəndən sonra çoxlu pullar gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Odessa vilayətinin başçısı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Novoe vremya” internet nəşrinə müsahibəsində deyib.
“Tras Avropa Birliyinə qapıdır. İlk öncə onu təmir etdirmək lazımdır, lakin biz eyni zamanda beynəlxalq kreditorlarla yol üçün güzəştli şərtlərlə layihə hazırlayırıq. Bizə Buxarest-Odessa avtobanı lazımdır”, - o qeyd edib.