Standartlara uyğun olmayan obyektlərə lisenziya verilmir.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bunu Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin başçısı Fazil Talıblı bildirib.
“Amma tikinti şirkətləri Dövlət Komitəsinə “AZS 746-2012 – Şadlıq evləri üçün təsnifləşdirmə və qaydalar”ı standartını almaq üçün müraciət edirlər, bu standartı əldə etdikdən sonra onun əsasında tikinti başlanır. Qeyd edək ki, tikinti və komfort normaları üzrə problemlər, son illərdə tikilən şadlıq evlərində olub, son illərdə tikilən obyektlər isə standartlara uyğundur”, - Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, analoji hal mehmanxana və mehmanxana tipli binaların (Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifləşdirilməsi, ulduz kateqoriyasının müəyyən edilməsi və dəyərləndirmə zamanı meyarların tətbiq edilməsi – AZS 745-2012) tikintisində də yaranıb.
Standartlara uyğun gəlmədikdə Mədəniyyət və Turizm nazirliyi mehmanxana fəaliyyəti üçün lisenziya təqdim etməkdən imtina edir.