Dağ xizəyi Azərbaycanda istirahət üçün populyar vasitəyə çevrilir.
Oxu.Az-ın abc.az-a istinadən verdiyi xəbərə görə, ölkədə ilk yay-qış turizm kompleksi Şahdağa daxil olan “Zirvə” otelindən bildiriblər ki, bir müddət əvvəl – Yeni İl bayramları ərzində kompleksdə 10 minə yaxın yerli turist istirahət edib.
“Qonaqların əksəriyyəti oteldə nömrə kirayələmədən xizək və kanat yollarından istifadə ediblər. İstirahət edənlərin əksəriyyəti yüksək qiymətlər və aşağı xidmət səviyyəsindən şikayətlənsələr də, işləyən əhalinin böyük əksəriyyəti məhz Şahdağda istirahət edib. Bundan başqa, biz sürüşməyi bilməmək və alınmış zədələr problemi ilə yanaşı, həm də xizək və digər inventarın çatışmaması problemləri ilə üzləşdik” – deyə, oteldən qeyd ediblər.
Qeyd edək ki, Azərbaycanda artıq ikinci dağ-xizək kompleksi Tufan da açılıb və bu kompleks gündə 3 min nəfəri qəbul etmək iqtidarındadır.