2014-cü il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 95,1 milyon manat dəyərində kənd təsərrüfatı avadanlıqları verilib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, 1191 ədəd müxtəlif növ traktor, 950 ədəd kotan, 514 ədəd taxılyığan kombayn, 307 ədəd səpici aqreqat, 61 ədəd otbiçənlər, 56 ədəd çiləyici və tozlayıcı maşınlar, 51 ədəd malalar, 39 ədəd gübrəsəpən maşın, 23 ədəd ot dırmıqları, 23 ədəd traktor yedəkləri (qoşqular), 16 ədəd kultivatorlar, 14 ədəd taxıl-toxum təmizləyən və 104 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.