İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Sahibkarlığa Dəstək Milli Fondu 2014-cü il üçün planlaşdırılmış kreditin 3,67%-ni biznesə yatırıb.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bu məlumat fonddan verilib.
İlin əvvəlində 365 sahibkara 10,3 milyon manat vəsait ayrılıb. “İnvestisiya layihələrinin realizəsi nəticəsində bu kreditlərin sayəsində 800 yeni iş yeri açılıb” – deyə, məlumatda bildirilir.
2014-cü ildə fondun krediti 280 milyon manat olmalıdır (bundan 150 milyon manatı dövlət büdcəsi, qalanı isə geri qaytarılan kredit hesabına olacaq).
2013-cü ildə fonddan verilən kredit planlaşdırılmış məbləğ 250 milyon olduğu halda 275 milyon manat olub.
2012-ci ildə isə fonddan verilən kredit planlaşdırılmış məbləğ 200 milyon olduğu halda 218 milyon manat olub.
2011-ci ildə fond 104 milyon manat geri qaytarılan ssudaların hesabına və 34 milyon manat nəzərdə tutulan büdjet assiqnasiyalarının hesabına cəmi 138 milyon manat kredit ayırıb.