“Azza” MMC Balakəndə icra olunacaq bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.
Bu sözləri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşıb.
Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2 726 layihə üzrə 145,9 milyon manat güzəştli kredit ayrılıb.
Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.
Azza MMC Balakəndə icra olunacaq bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) 200 min ₼ #güzəştlikredit əldə edib.#EconomyAz #SİF pic.twitter.com/kTTC9Uhnu4
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 22, 2023