“Azərbaycanla İranın imzalayacağı, qonşu ölkənin ərazisindən istifadə etməklə Şərqi Zəngəzur və Naxçıvan arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında, Komissiyanın həmsədri, Baş nazirinin müavini Şahin Mustafayev bildirib.
“Regionda yaranmış yeni reallıqlar fonunda yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək”, – deyə o, əlavə edib.