Qlobal bazarlardakı tərəddüd, maliyyə böhranı ölkələrə təsir edir. Azərbaycanda isə Mərkəzi Bank valyuta məsələlərinə sabit yanaşır. Bunun nəticəsidir ki, sərmayə reytinqimizi 3 agentlik sabit saxlayır.
Oxu.Az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov AİB-nin Direktorlar Şurasının biznes sessiyasının ikinci iclasında bildirib.
Nazir bildirib ki, neftin qiymətinin ucuzlaşması və ərzağın qiymətinin bahalaşması uzun müddət üçün həm ixracatçı, həm də idxalçı ölkələr üçün çətin olacaq.
“Regionda inkişaf layihələrinə maliyyə qoymaqla yardım edilməlidir”, - deyə nazir qeyd edib.
Nazir bildirib ki, “Azərbaycan 2020” gələcəyə baxış konsepsiyası bu məsələləri aradan qaldırmaq üçün düzgün istiqamətdir.
Bundan əlavə, iclasın sonunda Direktorlar Şurasına sədrlik Azərbaycandan Almaniyaya keçib.
Ülviyyə R. Əli
www.oxu.az