Sentyabrın 4-də Samsung Galaxy S6 Edge+ smartfonunun Azərbaycanda rəsmi satışa çıxma günüdür.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar, dünən “Samsung brend store”da buna həsr olunmuş hədiyyəli və əyləncəli tədbir keçirilib.
Bu tədbir Samsung müştərilərinə bol-bol əyləncə və unudulmaz xatirələr bəxş edib. İştirakçılar smartfonla yaxından tanış olmaqla yanaşı, eyni zamanda əyləncəli viktorinaya qatılıb, Samsung şirkətindən bir çox hədiyyələr qazana biliblər.
Xatırladaq ki, yeni smartfon 8 nüvəli prosessor, 4 GB RAM və 32 GB fleş yaddaş, 3000 meqaamper/saatlıq batareyaya malikdir.