Müasir evi soyuducusuz təsəvvür etmək çox çətindir. O, günün 24 saatı, həftənin 7 günü istirahətsiz və tətilsiz, yorulmadan işləyir. Bu səbəbdən də düzgün seçilmiş soyuducu hər bir xanımın fəxridir, alınmasına isə çox ciddi yanaşılır və haqqında mövcud olan bütün məlumat oxunur. Beləliklə, “Samsung” şirkəti forma, funksiya və əlverişliliyi ilə heç kəsi biganə qoymayacaq, hər kəsin zövqünü oxşayan geniş seçimli müasir soyuducuları təqdim edir.
“Samsung” soyuducularında tətbiq olunan sonuncu yeniliklərdən biri “Digital Inverter Compressor”dur. İnverter kompressorlarının iş prinsipi, bizə tanış olan xətti kompressorlardan fərqlənir. “Digital Inverter Compressor” daimi olaraq işləyir, lakin buna baxmayaraq, onun işləmə gücü dəyişir. Belə ki, elektrik şəbəkəsinə qoşularkən, bu güc maksimaldır. Sonradan kamerada tələb olunan temperatur əldə olunduqda, gərəkli temperaturun qorunub saxlanılması üçün kompressor az güclə işləməyə başlayır. Buna misal olaraq, əgər siz soyuducunun qapısını açırsınızsa və oraya isti hava kütləsi daxil olursa, kompressorun işləmə intensivliyi müəyyən müddətlik artır.
Adi soyuducularda kompressor, kamera temperaturunun verilmiş aşağı həddinə çatana qədər işləyərək, sönür. Kompressor işləmədiyi müddətdə, temperatur maksimum həddə çatana qədər müntəzəm olaraq artır, bu zaman kompressor yenidən işləməyə başlayır və dövrə təkrarlanır. “Digital Inverter Compressor”la təchiz olunmuş “Samsung” soyuducularının əsas üstünlükləri bunlardır:
• Kamerada daimi temperaturun qorunub saxlanılması. Burada adi kompressorlu soyuduculara xas olan müntəzəm temperatur dəyişikliyi müşahidə olunmur, bu da öz növbəsində məhsulların keyfiyyətinə və saxlanma müddətinə müsbət təsir edir.
• İnvertor kompressorlu soyuducular yüksək enerji effektivliyinə malikdir ki, bu da öz növbəsində enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Nəticədə siz elektrik enerjisi ödənişlərində qənaət edirsiniz.
• “Digital Inverter Compressor”un əlavə müsbət cəhəti onun uzunömürlü olmasıdır. Bu soyuducular adi soyuducular kimi müntəzəm yanıb, sönərək, daima maksimal güclə işləmirlər, bu isə kompressorun yüklənməsini azaldır.
• “Samsung” kompressorlarının daha bir üstünlüyü səssiz işləmələridir. “Digital Inverter Compressor”lu soyuducuların işləməsi zamanı yaranan səs səviyyəsi 38,5 dB təşkil edir (bu göstərici adi kompressorlara müqayisədə 10% daha azdır).
Həmçinin, “Samsung” soyuducuları olduqca tutumludurlar və məhsulların rahat yerləşdirilməsini və saxlanmasını təmin edirlər. Qapıda yerləşən həcmli saxlanma cibləri, rəflərdə yerə qənaət edilməsinə kömək edir. Bəzi modellərdə saxlama sahəsinin ani olaraq artırılması üçün qatlanan rəf və içkilərin horizontal şəkildə saxlanması rəfi nəzərdə tutulub. Həmçinin, çəkilə bilən Easy Slide siyirtməsi mövcuddur ki, istənilən uzaqlıqda yerləşən məhsulu asanlıqla götürmək mümkündür.
Texnoloji həlləri sevənlər üçün, displeyli model sırası mövcuddur ki, rəqəmsal ekran vasitəsi ilə misal olaraq, lazımı temperaturun tənzimlənməsi kimi funksiyaların idarə olunması mümkündür. “Samsung” soyuducularının hətta tam sistemləşdirilmiş displeyli modelləri də vardır ki, bu displeylərin üzərinə qeydlərin belə aparılması və yaddaş kartlarının əlavə olunması həyata keçirilə bilir. Bəzi modellərdə, soyuducunu qaranlıqda belə rahatlıqla “tapmağınız” üçün xüsusi LED işıqlanma da nəzərdə tutulub.
“Samsung” soyuducuları yalnız qüsursuz innovasiya və stil deyil, həm də geniş qiymət diapazonunda seçim etmək imkanı deməkdir. Sizə, sadəcə, istəklərinizə uyğun soyuducunu seçmək qalır!
“Digital Inverter Compressor” lu “Samsung” soyuducuları haqda daha ətraflı məlumatı “Baku Electronics”, “Kontakt Home”, “Maxi.az” və “Optimal” mağazalar şəbəkəsindən əldə etmək olar.