2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 113,3 milyon manat məbləğində ipoteka krediti verilib.
Oxu.Az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27 faiz azdır.
Bu dövrdə Fond 171 milyon manat krediti təkrar maliyyələşdirib. Avqust ayında Fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.
Aqşin Kərimov