Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sekuta: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir”
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir”.
Bunu “Report”a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynada davam edən müharibəni nəzərə alsaq, Azərbaycanın nəql etdiyi neft və qaz çox böyük əhəmiyyət kəsb edir:
“IX Qlobal Bakı Forumunda biz Ukraynadakı vəziyyəti və bu ölkəyə müdaxilənin fəsadlarını da müzakirə etdik. Azərbaycanın nəql etdiyi enerji resursları – neft və qaz çox böyük əhəmiyyət kəsb edir və bundan sonra da edəcək. Bundan başqa, perspektivlər də öyrənilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu gün təkcə neft və qaz haqqında deyil, həm də hidrogen, günəş və külək enerjisi, habelə bu sahələrin potensialı haqqında danışması vacib məqamdır”, - Sekuta deyib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi təbrik edib
- Azərbaycan Prezidentinin tapşırığı ilə FHN Qırğızıstana maddi-texniki yardım göndərib
- Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
- Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib