2014-cü ilin ötən dövrü ərzində 3099 sahibkara 162 milyon manat güzəştli kredit verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6800-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir.
Ş.Abdullayev bildirib ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar ötən dövr ərzində 12 sənaye müəssisəsinə ümumilikdə 23,2 milyon manat güzəştli kredit ayrılıb:
“Bu müəssisələrdən 3 - çörək, 1 - meyvə-tərəvəz emalı və 3 - yem zavodu, 1 - plastik qapı-pəncərə istehsalı, 1 - çınqıl və 1- polietilen və polipropilen istehsalı müəssisələri, 1 - mis emalı zavodu (genişləndirilməsi üçün) və 1 - corab istehsalı fabrikidir”.
Gülnarə Zeynalova
www.oxu.az