Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sənaye zonalarında rezidentlər nə qədər vəsaitə qənaət ediblər?
Ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, 2021-ci ildə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib.
Məlumat üçün bildirək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bu günədək rezidentlər 426 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Qeyd: Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumundan azad olunurlar.