“Shell” əsaslı xərclərini daha 2 milyard dollar azaldacaq.
Oxu.Az vestifinance.ru-ya istinadən xəbər verir ki, bu barədə “Royal Dutch Shell” konserni növbəti ildə əsaslı xərclərini ixtisarı üzrə yeni planlarında elan edilib.
“Shell”in "BG Group" şirkətiylə birləşməsinin həyata keçirilməsinə həsr olunmuş press-relizdə 2016-cı il üçün əsaslı xərclər üzrə yeni rəqəmlər təqdim edilib.
Belə ki, 2016-cı ildə yenilənmiş planlara əsasən əsaslı xərclərin həcmi təxminən 33 milyard dollar təşkil edəcək ki bu da əvvəlki proqnozlar ilə müqayisədə 2 milyard dollar azdır. Növbəti ilə konsernin bütovlükdə planlaşdırılmış əsaslı xərcləri 2014-cü ilin göstəricilərindən 30% aşağı olacaq.
Şirkət əsaslı xərclərin azaldılması səbəbini neftin ucuz qiymətləri ilə əlaqələndirib.
Ülviyyə R. Əli
www.oxu.az