2015-ci ilin yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 150,3 milyon manatı və ya 72,4%-i qeyri-həyat sığortasının payına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib.
Onun sözlərinə görə, qeyri-həyat sığortası üzrə ödənişlərin 20,9%-i və ya 10,3 milyon manatı kasko sığortasının payına düşüb.
O.Bayramov bildirib ki, kaskonun inkişafı vaxt tələb edəcək:
“Heç kim köhnə avtomobillərini sığorta etdirmək barəsində düşünmür. Bu da sığortanın bu növu üzrə ödənişlərə və yığımlara öz təsirini göstərir”, - deyə, O. Bayramov əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az