Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Siyavuş Novruzovdan əhaliyə ÇAĞIRIŞ
“Bu gün Azərbaycanda yalandan ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür”.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə yaşayanlar bu ajiotajı qızışdırır:
“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır, dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub. Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. Üç-beş adamın şərhlərinə uymamalıdırlar”.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ