“DəmirBank” müştərilərə müxtəlif valyutalarda sərfəli şərtlərlə təcili pul köçürmə xidmətini təklif edir.
Cari ilin əvvəlindən minlərlə müştəri “DəmirBank”ı seçərək, pul köçürmə sistemləri ilə ölkə daxilinə və xaricə 70 milyon AZN vəsait göndərib və qəbul edib.
Belə ki, hazırda dünyanın 200-ə yaxın ölkəsində məntəqəsi olan beynəlxalq pul köçürmə sistemləri vasitəsilə “DəmirBank”ın müştəriləri zaman itkisi olmadan və əlavə hesab açmadan rahatlıqla istənilən məsafəyə cəmi bir neçə dəqiqəyə pul göndərə bilərlər. Bankın istənilən filialına yaxınlaşaraq “Western Union”, “Zolotaya Korona”, “Contact” kimi beynəlxalq sistemlərlə pul köçürmələri həyata keçirmək mümkündür.
Filiallar arası Şimşək pul köçürməsi ilə həm milli, həm də xarici valyuta ilə pul göndərə və ala bilərsiniz.
Qeyd etmək istərdik ki, müştərilər “DəmirBank”ın təcili pul köçürmə xidmətlərindən istifadə etməklə “Mobil danışıq kartı hədiyyə” kampaniyasından yararlana bilərlər. Kampaniyanın şərtlərinə əsasən, Bankın filiallarında ən azı 500 AZN/USD/EUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149