Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) dünyanın inkişaf etmiş ölkələrinin, əsasən də Avropa ölkələrinin rifahından asılıdır.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, fondda bildirilənə görə, hal-hazırda (aprel ayının 1-nə olan məlumata əsasən) investisiya portfelinin 78,3%-i inkişaf etmiş ölkələrdə, 14%-i inkişaf edən ölkələrdə, 7,7%-i isə beynəlxalq maliyyə institutlarında yerləşdirilib.
SOFAZ-ın əsas investisiyaları Avropaya (55,97%) və ABŞ-a (19,19%) qoyulub. 10,39%-i Asiya - Sakit Okean regionunda, 5,2%-i Cənubi Amerika, 1,52%-i Yaxın Şərqdədir. Afrikada 0,01% qədər investisiya qoyulub.
Qeyd edək ki, hesabat dövründə fondun aktivləri 36618,4 milyon dollar, investisiya portfeli isə 36343,9 milyon dollar təşkil edib.