Avropa İttifaqı avqustun 31-dən Rusiyaya qarşı sektoral sanksiyalara başlayacaq. “Sberbank”, “VTB”, “Qazprombank”, “Vneştorqbank” və “Rosselxozbank” sanksiyalara məruz qalacaq.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, SOFAZ-dan bildirilənə görə, VTB-nin səhmlərinin alışı SOFAZ-ın investisiya siyasətinə uyğun olaraq uzunmüddətli gəlirlilik və investisiya portfelinin daha çox şaxələndirilməsi üçün alınıb.
“Hesab edirik ki, sanksiyalar, eləcə də onlarla bağlı məhdudiyyətlər investorlar, əmanətçilər və kreditorlar qarşısında öhdəliklərə təsir etməyəcək. Bu dəyişikliklər qısamüddətli titrəyiş yarada bilər, amma SOFAZ-ın investisiya strategiyası uzunmüddətlidir, bu səbəbdən sanksiyaların investisiyalarımıza ciddi təsirini gözləmirik”, - deyə bildirilib. (Turan).