Meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan yaxşılaşır. Həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb. Son 10 il ərzində 103 min hektar sahədə meşə-bərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ağac yetişdirilib.
Oxu.Az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, təkcə 2014-cü ilin 9 ayı ərzində meşə fondu torpaqlarında 1 144 hektar sahədə yeni meşələr salınıb və meşə səpini işləri aparılıb, 2 milyon 242 min ağac əkilib.
“Son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilib.
H.Bağırov həmçinin bildirib ki, 2014-cü ilin 9 ayı ərzində su bioloji resurslarının artırılması sahəsində 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb:
“Bunlardan 6,2 milyon ədədi - nərə cinsli, 172 mini isə qiymətli qızıl balıq körpələri olub”.