Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılır
Gələn il proqnozlaşdırılan sosial müdafiə və sosial təminat üzrə xərcləri açıqlanıb.
APA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz) ayrılması proqnozlaşdırılır.
Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4 315 933 969 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün müdafiə və sosial təminat üzrə xərclər 5 faiz artırılır.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36 355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- "Rəqəmsal ekologiya" informasiya sistemi yaradıldı
- "ƏDV dələduzluğu" ilə 1,2 milyon manat mənimsənildi
- Neft məhsullarının ölkə ərazisində daşınması xərcləri ilə bağlı qaydalar dəyişdirilir