2014-cü ildən bəri ilk dəfə bu il Azərbaycanda büdcə profisitlə icra olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilir.
Bildirilir ki, 2017-ci ildə büdcə defisiti ÜDM-in 1,5%-ni təşkil edib. 2021-ci ilə qədər dövlət büdcəsi profisitinin ÜDM-in 1%-nə bərabər olacağı proqnozlaşdırılıb.
Qeyd olunub ki, tədiyyə balansına təzyiqlər azaldığından ölkənin xarici valyuta ehtiyatları da artır.
Agentliyə görə, 2018-ci ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ÜMD-nin təxminən 60%-nə bərabər olacaq.
Növbəti dörd il ərzində suverenin xalis aktivlərinin ÜDM-in 32%-ni təşkil edəcəyi gözlənilir.
L.Ə.
www.oxu.az