Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb
Xidmət sektoru üzrə mobil tətbiq və onlayn platformalar yaratmış daha 6 KOB subyekti mənfəət və ya gəlir vergisindən azad edilib.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 mikro və kiçik sahibkarlıq subyektinə "Startap" şəhadətnaməsi verilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb.
"Startap" şəhadətnamələri "Money-Tunnel" MMC-nin maliyyə təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqi, Rüfət Gülmalızadənin interaktiv videotəlim və kommunikasiya platforması, "Yax" MMC-nin taksi sifarişi üçün mobil tətbiqi, "Jİ Studio" MMC-nin süni intellekt əsasında veb-səhifələrin dizaynı və hazırlanması üçün platforma, Niyaz İsmayılovun interaktiv mükafatlandırıcı onlayn yarış platforması, "Ainuverse" MMC-nin videoməzmun üzərindən ağıllı axtarış platforması layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Klasterləşmə təşəbbüsü olan sahibkarların NƏZƏRİNƏ
- Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib
- Yeddi KOB subyektinə "Startap" şəhadətnaməsi verilib
- KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqəsi elan edilir
- KOBİA nümayəndələri "WCF Africa 2025" Sammitində iştirak edib