Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 9 ayında 10.5 milyard artaraq 81.5 milyard dollara çatıb.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, ilin əvvəli ilə müqayisədə 14.7 faiz çoxdur.
T.Kazımov qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 37 aylıq idxalı maliyyələşdirməyə kifayət edir.