Sumqayıtda Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi və Emalı Zavodunun layihəsinin təqdimat mərasimi keçirilib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Sumqayıt şəhər Təmizlik Departamenti ilə “Oxyzo” şirkətinin razılığı əsasında tullantıların idarə edilməsi ilə bağlı birgə hazırlanmış proqram-layihə barədə şəhər ictimaiyyətinə məlumat verilib.
Proqramın rəhbəri Marko Şara zavodun tikintisinin 2015-ci ilin sonuna kimi mərhələli şəkildə həyata keçiriləcəyini bildirib.
Proqram-layihənin dörd yüz mindən çox əhali üçün planlaşdırıldığı vurğulanıb. Həmçinin, bərk məişət tullantılarından yeni plastik, orqanik, taxta və s. məhsulların istehsal ediləcəyi də söylənilib.