Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən banklarla makroiqtisadi sabitliyin təmin edilməsi müzakirə olunub.
Bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bank rəhbərləri ilə növbəti dəfə görüşdük və III rübün nəticələrini müzakirə etdik. Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik, makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq”, - deyə o qeyd edib.
Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələrini müzakirə etdik.
— Taleh Kazimov (@TalehKazimov_T) October 26, 2023
Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik.… pic.twitter.com/IeJDdZmIB9