“Rabitəbank”ın çoxfunksiyalı keşbek kartı “Kartmane”də keşbek tarifləri dəyişilməz olaraq qalır. Unikal məhsul “Kartmane” bütün yanacaqdoldurma məntəqələrində daim keşbek vəd edir. Həm ölkədaxili, həm də dünyanın istənilən YDM-lərində “Kartmane” ilə ödəniş etdikdə 10% keşbek geri qayıdır.
Alternativsiz üstünlüklər yaşayan “Kartmane” sahibləri “Rabita Mobile” tətbiqində müxtəlif fərqli keşbek növlərindən birini seçə bilərlər. Əgər keşbek növü “YDM və restoran” olaraq seçilibsə, bu, o deməkdir ki, ödəniş zamanı bütün YDM-lərdən 10%, kafe və restoranlardan isə 5% keşbek qazanacaqsınız.
“Kartmane” sahibləri “Rabita Mobile” tətbiqi vasitəsilə qazandıqları bonusları izləyə və onları idarə edə bilərlər. Tətbiqdə 1 bonus – 1 manat dəyərindədir və müştərilər qazandıqları bonusları öz hesablarına bir addıma köçürə bilirlər.
Bununla yanaşı, müştərilər “Rabitəbank”ın durmadan artan tərəfdaş şəbəkəsində tam 25%-dək əlavə keşbek qazana bilərlər. Müştərilər “Kartmane” kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək, istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.
Bu karta sahib olmaq isə çox rahatdır. Evdən çıxmadan bankın rəsmi saytı, “Rabita Mobile” tətbiqi ilə yanaşı, “Telegram” və “Messencer”də “RabitaBot” çatbotu üzərindən sifariş verilən “Kartmane”lər qapınıza qədər pulsuz çatdırılacaq. Daha ətraflı məlumat və sifariş vermək üçün http://rbt.az/sifaris linkinə keçid edə bilərsiniz.
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabitabank Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.