“Amazon” şirkətinin təsisçisi Ceff Bezos dünya tarixində ən varlı adam olub.
Oxu.Az xəbər verir ki, bu ilin 8 yanvarında C.Bezosun varidatı 105,1 mlrd. dollar məbləğində dəyərləndirilib.
Beləliklə, bu göstəriciyə görə, C.Bezos “Microsoft” şirkətinin təsisçisi Bill Qeytsi geridə qoyub.
Bu zəngin adamın varidatının böyük hissəsini “Amazon”un səhmləri təşkil edir. Satış dövründə onun varidatı 100 milyard dollara çatıb.
Qeyd edək ki, dünyanın bütün ən zəngin insanları 2017-ci ildə ümumilikdə 1 trilyon dollar məbləğində varlanıb.
A.M.
www.oxu.az