İyun ayının 24-nə kimi 357,8 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28,0 min hektar sahədə dənli və dənli paxlalılar, 36,9 min hektar sahədə dən üçün qarğıdalı, 76,0 min hektar sahədə tərəvəz, 61,7 min hektar sahədə kartof, 22,9 min hektar sahədə pambıq, 28,0 min hektar sahədə bostan bitkiləri, 5,7 min hektar sahədə şəkər çuğunduru, 11,7 min hektarda dən üçün günəbaxan, 1109 hektar sahədə tütün və s. əkilib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 5,2 min hektar, dənli və dənli paxlaların əkin sahəsi 5,3 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 1,7 min hektar, tərəvəzin əkin sahəsi 1,2 min hektar, kartofun əkin sahəsi 3,6 min hektar azalıb, eyni zamanda dən üçün günəbaxanın əkin sahəsi 2,4 min hektar, şəkər çuğundurunun əkin sahəsi 240 hektar artıb.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlayıblar.
“İyul ayının 4-nə kimi qarğıdalı istisna olmaqla 1778,6 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanıb, keçən ilin müvafiq dövrü ilə müqayisədə 273,5 min ton çox məhsul yığılıb.
Yığım başlanandan tarlalardan 260,7 min ton kartof, 342,4 min ton tərəvəz, 90,8 min ton meyvə və giləmeyvə, 44,2 min ton bostan məhsulları, 58,6 ton tütün, 230,4 ton yaşıl çay yarpağı toplanıb”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az