Total 2016-cı ildə neftin qiymətlərinin əhəmiyyətli artımını gözləmir.
Oxu.Az oilgasfield.ru-ya istinadən xəbər verir ki, bu barədə fransız energetika konserninin, Total şirkətinin başçısı Patrik Puyanne Əbu-Dabidə keçirilən Beynəlxalq sərgi və konfransında ADIPEC-i jurnalına müsahibəsində bildirib.
“Mən neftin qiymətlərinin 2016-cı il ərzində ciddi bərpa olunacağını düşünmürəm”, - deyə, o jurnala müsahibəsində deyib.
Bununla belə, Pueyanne 2016-cı il üçün neftin mümkün qiymət proqnozunu dəqiqləşdirməyib.
Daha əvvəl qeyd etdiyimiz kimi, Fitch Ratings isə bildirirdi ki, “qara qızıl”ın qiymətləri 2017-ci ildən tez bərpa olmayacaq. Agentliyin proqnozuna görə, 2016-cı ildə neftin qiymətləri bir barelə görə 55, 2017-ci ildə isə 60 dollar olacaq.
Bundan başqa, Dünya Bankı oktyabrın sonunda neftin illik qiymət proqnozunu aşağı salmışdı. Bankın ekspertlərinin fikrincə, 2016-cı ildə neftin illik qiymət proqnozu 51 dollar təşkil edəcək.
Ülviyyə R. Əli
www.oxu.az