Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağının işlənməsi ilə əlaqədar Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin payının maliyyələşdirilməsi üzrə Ankarada kredit sazişi imzalanıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın iştirakı ilə imzalanan saziş TPAO ilə “Vakıf BANK” və “Türkiyə İş Bankı” arasında 1 milyard ABŞ dolları məbləğində maliyyələşdirməni nəzərdə tutur.
T.Yıldız tədbirdə bildirib ki, Türkiyə xaricə çıxarılan neftin həcmini artıracaq.