"Bu il 6-cı dəfə keçiriləcək "Yerli şirkətlərin tanıtım sərgisi"ndə istənilən şirkət iştirak edə bilər. Sərgidə yalnız Azərbaycanda təmsil olunmayan xarici şirkətlər iştirak edə bilmirlər. Bu da onunla bağlıdır ki, sərgi yerli şirkətlərin, yəni Azərbaycanda fəaliyyət göstərən şirkətlərin sərgisidir".
Oxu.Az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş brifinqdə "Marsol Group"un təsisçisi Tural Mustafayev deyib.
Məhərrəm Əliyev