"Məqsədimiz Azərbaycan şirkətlərinin daha geniş bazara çıxışına dəstək olmaqdır. İstəyirik ki, alıcılarımız yerli istehsalçılarımızın məhsullarından istifadəyə üstünlük versinlər".
Oxu.Az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş brifinqdə "Marsol Group"un təsisçisi Tural Mustafayev deyib.
O qeyd edib ki, "Marsol Group"un təşkilatçılığı ilə yerli iş adamlarının indiyədək 30-dan çox ölkəyə səfərləri təşkil edilib:
"Getdiyimiz ölkələrin biznes mühitini öyrənirik, əməkdaşlığın inkişafı üçün fikir mübadiləsi aparırıq. 2022-ci ildə Özbəkistana səfər etmiş sahibkarlarımız artıq bu ölkə ilə əməkdaşlıq edirlər. Yerli məhsullarımız ölkə daxilində sərgilər, xarici bazarlarda isə biznes səfərlər vasitəsilə təbliğ olunur".
Məhərrəm Əliyev