"Sərgi müqavilə, satış və bizneslə yanaşı, brendin reklamıdır. Brendinə və məhsuluna güvənən şirkətlər sərgidə aktiv iştirak edirlər".
Oxu.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş brifinqdə "Marsol Group"un təsisçisi Tural Mustafayev deyib.
O qeyd edib ki, sərgidə çox ciddi müqavilələr imzalanır:
"Sərginin sonuncu günü professional agentliklər tərəfindən sorğu anketləri keçirilir, nəticələri analiz olunur. Bu zaman alınan müsbət nəticə 80 faizdən yuxarıdırsa, işi uğurlu hesab etmək olar".
Məhərrəm Əliyev