“TuranBank” ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində, MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətində müqavilə imzalanıb.
İmzalanmış müqaviləyə uyğun olaraq nüfuzlu Biznes və Maliyyə Məsləhət şirkəti tərəfindən bankımıza MKOS maliyyələşdirilməsi üzrə texniki yardım və dəstək xidmətləri göstəriləcək.
Bununla bağlı qarşı tərəfin ekspertlərindən ibarət İşçi qrupu bankımızda müvafiq qaydada qiymətləndirmələr aparıb və həyata keçiriləcək layihələrin planı təsdiq edilib.
AYİB tərəfindən göstəriləcək texniki yardım və xidmətlər “TuranBank” ASC-nin kreditləşdirmə potensialının gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi, menecment informasiya sistemlərinin tətbiqi və MKOS subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanması istiqamətlərini əhatə edəcək. Proqramın icrası bir il müddətində davam edəcək.
“TuranBank”
Bizimlə etibarlıdır...