Türkiyənin “Onur Hava Yolları” və “Pegasus” aviaşirkətləri Rusiyaya uçuşları dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyet nəşri məlumat yayıb.
“Rusiya şirkətimizin viza müraciətləri ilə bağlı hər-hansı cavab verməyib. Elə bu səbəbdən Türkiyə-Rusiya arasında olan uçuşlarımız yanvarın 13-dək dayandırılıb”, - deyə “Pegasus” şirkətinin açıqlamasında qeyd edilib.
Türkiyə tərəfi buna səbəb ki, rəsmi Moskva ilə Ankara arasında baş verən “Təyyarə böhran”ını göstərirlər.
Ülviyyə R. Əli
www.oxu.az