Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə nümayəndəsi: "Dünya su problemindən əziyyət çəkir, hərəkətə keçmək lazımdır"
"Bakıda keçirilən COP29 çərçivəsində hər bir ölkə həm də özünün tarixi ənənələrini, onların xüsusiyyətlərini tanıdır. Biz də türk dünyasının tanınmış tarixi şəxsiyyətlərindən olan Nəsrəddin Xocanı təmsil edirik. Bu, həm də ölkələrin öz köklərinə bağlı olduğunu, mənbəyinə, keçmişinə qayıtmasının əhəmiyyətini nümayiş etdirir. Dövlətlər sağlam dünya üçün həm də öz köklərinə qayıtmalıdırlar".
Bunu Oxu.Az-a açıqlamasında COP29-da iştirak edən Türkiyə nümayəndəsi, Konya Böyükşəhər Bələdiyyəsinin nümayəndəsi Sinan Mordağ deyib.
O, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə böyük uğura imza atdığını əlavə edib:
"Bu, böyük cəsarət tələb edir və qardaş ölkə bunun öhdəsindən uğurla gəlib. Çünki 200-ə yaxın ölkə burada iştirak edir, tədbirə ev sahibliyi etmək, qonaqların təhlükəsizliklərini təmin etmək böyük və ciddi nəticədir. Azərbaycan Prezidenti başda olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirəm. Ümid edirəm ki, bu sammit bütün dünyaya töhfə verəcək və öz məqsədinə çatacaq".
"İlk növbədə, türk dövlətində belə bir tədbirin keçirilməsi bizim üçüm xüsusilə qürurvericidir. Bütün millətlərin bu mövzuda diqqətli olması lazımdır. Nə qədər diqqətli olsaq, regional və qlobal problemlərin həllinə də bir o qədər tez nail ola bilərik. Xüsusən də bu gün dünya su problemindən əziyyət çəkir ki, bu, yaşamaq üçün ən vacib amillərin önündə gəlir. Bu baxımdan, bütün ölkələr bir-birinin təkliflərini dəyərləndirərək ortaq məxrəcə gəlib hərəkətə keçməlidirlər".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
- "ACWA Power" 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib