Türkiyə son on ildə türk dövlətləri ilə olan ticarət dövriyyəsini beşqat artıraraq 10,5 milyard dollara çatdırıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyənin “Anadolu” agentliyində yerləşdirilib.
Məlumata görə, Türkiyədən keçən ildə ən çox mal Azərbaycana ixrac edilib.
İdxalda isə Qazaxıstan birinci yerdədir.
Türkiyə 2015-ci ildə Azərbaycan ilə ticarət dövriyyəsini 8 milyard dollara çatdırmağı planlaşdırır.
Xatırladaq ki, Azərbaycan 2012-ci ildə də ən çox idxalı Türkiyədən həyata keçirib.