2015-ci ilin iyul ayında Türkiyəyə 82 min 307 nəfər azərbaycanlı ziyarət edib. Bu da 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 2 392 nəfər və ya 2,99% çoxdur.
Bu barədə Oxu.Az-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Türkiyəyə gələn azərbaycanlıların bu ölkəyə gələn ümumi millətlər arasında payı, 2013-cü ilin iyul ayında 1,56%, 2014-cü ilin müvafiq dövründə 1,53%, 2015-ci ilin iyulunda isə 1,50% olub.
Bundan başqa, nazirlik qeyd edib ki, 2014-cü ilin iyul ayında Türkiyəyə 79 915 azərbaycanlı gəlib bu da 2013-cü ilin anoloji dövrü ilə müqayisədə 11,71% çoxdur.
Xatırladaq ki, 2013-cü ilin iyul ayında Türkiyəni 71 min 537 nəfər azərbaycanlı ziyarət edib.
Qeyd edək ki, bu ilin 7 ayında Türkiyəyə gələn turist sayısı 0,38% azalaraq, 20,4 milyon nəfər olub.
İyulda bu ölkəni ən çox Almaniya, Rusiya və İngiltərə vətəndaşları ziyarət edib.
Ülviyyə R. Əli
www.oxu.az