Rusiya neftin qiymətinin ucuz olduğu dövrə alışmalıdır, kəskin qiymət enmələri olmayacaq, bir barel üçün 50 dollar – bu, uzun illər belə olacaq.
Bu fikri Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulukayev bildirib, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
“Biz xammalın aşağı qiymətlərinin uzun dövrünə - uzun xammal silsiləsinə daxil olmuşuq, biz indi buradayıq və aşağı istiqamətdə hərəkət edən ox üzrə bir neçə il ərzində burada olacağıq. Mən heç bir kəskin ucuzlaşma gözləmirəm, amma şərti desək, neftin 50 - 50 üstəgəl qiyməti uzun illər qalacaq”, - RF-nın iqtisadi inkişaf naziri bildirib.
Daha öncə Dünya bankının xammalın qiymətləri üçün olan proqnozu pisləşdirdiyi barədə xəbər verilmişdi.