“Ümumilikdə yol təsərrüfatına 725 800 manat məbləğində maddi ziyan dəyib”.
Oxu.Az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, 2021-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 924 yol nişanı, 6 927 siqnal dirəyi, 2352 pm əyrixətli tir quraşdırılıb və bərpa edilib, 2 476 900 kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib:
“2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 618 yol-nəqliyyat hadisəsi baş verib.
Ümumilikdə yol təsərrüfatına 725 800 manat məbləğində maddi ziyan dəyib, bundan 524 800 manatı (72,3 %) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəbkarları məlum olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 3 yol-nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 69 yol-nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub”.
Könül Cəfərli