Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Una Mey Qordon: "COP29-da iqlim maliyyəsi ilə bağlı danışıqlardan müsbət nəticələr gözləyirik"
"Beynəlxalq İqlim və İnkişaf İnstitutu Bakıda keçiriləcək COP29 konfransında iqlim maliyyəsi ilə bağlı danışıqlardan yaxşı nəticələr gözləyir".
Bu barədə "Report"a institutun nümayəndəsi Una Mey Qordon bildirib.
Onun sözlərinə görə, "Pre-COP29" çərçivəsində nazirlərin bugünkü görüşü mühüm hadisədir.
"Bu, danışıqlar platforması deyil, çünki bizim əvvəlcədən hazırlanmış çıxışlarımız yoxdur. Platforma tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün nəzərdə tutulub", - Qordon qeyd edib.
O əlavə edib ki, COP29-un yekunları üzrə iqlim maliyyəsinin, xüsusilə İtki və Zərər Fonduna ayırmaların artacağını gözləyir.
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"