İndi “Unibank”ın məhsullarından istifadə etməyin əsl məqamıdır.
“Unibank” 25 illik yubileyi münasibətilə məhsul və xidmətlərində böyük endirim kampaniyası elan edir. Avqustun 15-dən etibarən bankdan kredit götürən, debet kart alan, “Unibank” kartları ilə alış-veriş edənlər bu sürprizləri görəcəklər. Ad günü avqustda olanları isə xüsusi hədiyyələr və endirimlər gözləyir. Sentyabrın 15-dək "Unibank"a müraciət edin və bankın ad günü münasibətilə aşağıdakı endirimləri əldə edin:
- Avqustda ad günü olan müştərilərə xüsusi endirim paketi: 0% komissiyalı nağd kreditlər, debet kartlara və depozit qutularına 25 %-lik endirim;
- Depozit təminatı ilə verilən kreditlər komissiyasız;
- Bütün müştərilər üçün nağd kreditlərdə komissiya endirimi - komissiya cəmi 1 % (min. 10 AZN)
- “Unibank” kartları ilə alış-veriş zamanı bəzi mağazalarda 30%-lik cashback.
“Unibank”ın ad günü kampaniyasından siz də faydalanın!
“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə bank filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
“Unibank” hər kəsin bankı!
“Unibank” haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın (1994) 2002-ci ildə birləşməsi nəticəsində "Unibank" adı altında fəaliyyətini davam etdirən bank ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, "Unibank" ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti "Unibank"ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.