Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bildirilir.
Parlamentin iclasında dəyişikliklər barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.