Vergilər Nazirliyi 2015-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları haqqında məlumat yayıb.
Oxu.Az məlumata istinadən xəbər verir ki, 2015-ci ilin ilk 2 ayı ərzində Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz tapşırığına 103,2 faiz əməl edilib.
Qeyri-neft-qaz sektoru üzrə 666 milyon 635,9 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.