2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub.
Bu barədə Oxu.Az - a Vergilər Nazirliyindən bildirilib.
Nazirlik qeyd edib ki, proqnoz tapşırığına 101,4% əməl edilib.
Qeyd edək ki, hesabat dövründə vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb.
Ülviyyə R. Əli
www.oxu.az