Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vergilər Nazirliyinin “qara siyahı”sına daha on nəfər düşüb
Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 348-dən 328-ə endirilib.
Vergi borcuna görə Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərinin icra orqanlarının rəhbərlərinin sayı isə 10 nəfər artırılaraq 486-ya çatdırılıb.
Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 824-dən 814-ə düşüb.
U.A.
www.oxu.az
Ən çox oxunanlar