Bu məbləğin 32,4 faizini mənfəət vergisi təşkil edib.
2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5,3 milyard manatdan çox vəsait daxil olub.
Oxu.Az xəbər verir ki, Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 346 milyon 762,8 min manat təşkil edib.
Bu məbləğin 32,4% mənfəət vergisinin, 28% əlavə dəyər vergisinin, 13,2% fiziki şəxslərin gəlir vergisinin, 10,9% aksizlərin, 1,8% mədən vergisinin, 0,5% torpaq vergisinin, 1,9% əmlak vergisinin, 1,6 % dövlət rüsümlarının, 0,3% yol vergisinin, 2,1% - sadələşdirilmiş vergisinin və 7,3% isə digər vergilərin payına düşür.
Gülnarə Zeynalova
www.oxu.az