"Bank VTB" (Azərbaycan) "Ümid Yeri" sığınacağının uşaqlarına yeni tədris ilinə hazırlaşmaqda dəstək olub. Bankın əməkdaşları uşaqların qonağı olub və uşaq evinin şagirdləri üçün gətirdikləri məktəb ləvazimatı komplektlərini onlara təqdim ediblər. 1-9-cu sinif şagirdləri olan uşaqlara çanta, dərslik, dəftər, penal, məktəb üçün lazım olan digər ləvazimatlar və payız ayaqqabıları hədiyyə olunub.
"Sosial layihələrin reallaşdırılması xoş ənənəyə çevrilib ki, buna da Bank "VTB" (Azərbaycan) xüsusi diqqət yetirir. Biz şadıq ki, bu gün uşaqların inkişafına öz töhfəmizi verə bilirik. Uşaqlara dərslərində müvəffəqiyyətlər arzu edirik", - deyə "VTB" (Azərbaycan)-ın İdarə heyətinin üzvü, Risklər və monitorinq departamentinin rəhbəri Vadim Klimenko bildirib.
Xatırladaq ki, cari ilin yanvarında "Bank VTB" (Azərbaycan) bu sığınacağın uşaqları üçün kompüter sinfi təmir edib və lazımi texnika və mebellə təmin etmişdi.
Arayış üçün:
"Bank VTB" (Azərbaycan) ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarları: "VTB Bank" ASC və "AtaHolding" MMC-dir. "Bank VTB" (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də, fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.